Zərdab və Mingəçevirin icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadə məhkəmədə ifadə verib.
Pravda.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, eks-icra başçısının oğlu hakim qarşısına zərərçəkmiş qismində çıxıb.
Söhbət Babəli Babayevin 2 milyonluq əmlakını dələduzluqla ələ keçirməkdə ittiham olunan "Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimovun cinayət işindən gedir.
İttihama görə, Babəlinin 1 milyon manat vergi olub. Aruzla Ehtiram da ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda təqsirləndirilənlər Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. Bundan sonra Babəlinin onlara etibarnamə əsasında idarə etmə hüququ verdiyi ev və başqa əmlakı satıb pulunu ələ keçiriblər.
Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Deyirlər ki, əmlaklar keçmiş icra başçısının oğlunun istəyi ilə satılıb, pullar öz işlərinə xərclənib.

Lütvəli Babayev
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Babəli Babayev ifadə verib. O, şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib: "Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb.
(1).jpg)