AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlı vəfat edib.
Pravda.az-ın modern.az-a istinadən məlumatına görə, alim yanvarın 7-də 68 yaşında vəfat edib.
Sevər Heydər qızı Cabbarlı 1957-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirib. “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” mövzusunda namizədlik dissertasiyası müdafiə edən alimin əsas elmi nailiyyəti Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində XVIII-XIX əsr əlyazma toplularının əhəmiyyətinin müəyyənləşdirilməsi olub.
