Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb.
DİN-dən verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10 000 manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.