Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

1 249
Paylaş:
Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilir

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.

18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.

Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.Modern.az

Paylaş:

Ən son xəbərlər