Mətbəxdə ləzzət artırmaq üçün tez-tez istifadə edilən hazır bulyonlar praktikliyi ilə seçilsə də, sağlamlıq üçün ciddi təhlükələr yaradır. Görünüşdə günahsız olan bu kiçik kublar tərkibindəki yüksək duz və əlavələr sayəsində böyrəkləri yükləyir, sinir sistemini zədələyir və uzun müddətdə ciddi xəstəliklərə səbəb ola bilər.
Mütəxəssislər bu cür məhsullardan uzaq durmağı tövsiyə edirlər.
Tərkibində nə var?
Yüksək natrium və mono natrium qlutamat (MSG) hazır bulyonların əsas təhlükəli maddələridir:
- Yüksək natrium böyrək funksiyalarını zəiflədir, bədəndə maye yığılmasına və hipertoniyaya səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatına görə, natriumun yüksək səviyyədə istehlakı böyrək çatışmazlığı və dializ ehtiyacına gətirib çıxara bilər.
- MSG dad gücləndirici kimi istifadə olunur, lakin sinir sisteminə mənfi təsir göstərir. Tədqiqatlar göstərir ki, MSG Alzheimer, Parkinson və digər nevroloji xəstəliklərin inkişafını sürətləndirə bilər.
Kimlər üçün daha təhlükəlidir?