Tanınmış teleaparıcı narkotik asılılığından qurtulmağa çalışır. Pravda.az Xezerxeber.az-a istinadən xəbər verir ki, zərərli vərdişin qurbanı olan Xose Bernado narkomaniyadan qurtulmaq üçün hazırda reabilitasiya mərkəzlərinin birində müalicə alır.
O, başına gələnləri “Xəzər Xəbər”ə danışıb: “Həyatımda belə bir məqam oldu ki, seçim etməli oldum: ya yaşamalıyam, ya həbsxanada olmalıyam, ya da dünyamı dəyişməliyəm. Mən yaşamağı seçdim. Allaha şükür olsun ki, belə yerə gəldim, qapı açdılar. Sağlam olmağı seçdim, yaşamaq istəyirəm”.