Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub. Bakues.az-ın "Qaynar Xətti"nə daxil olan məlumata görə, hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir.
Restorana hücum edən 5 nəfər - Qədirov Fariz Arif oğlu, Qədirov Sübhan, Qədirov Ağa və kimliyi bilinməyən iki nəfər olub.
Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub.