Xırdalan şəhərində həyat yoldaşı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə ittiham edilən Laçın Əhmədağayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Laçın Əhmədağayev 18 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Xırdalan şəhərində baş verib. 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev münaqişə zəminində 1976-cı il təvəllüdlü arvadı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə ittiham olunur.