Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Mağazalardan 148 ədəd televizor oğurlayan şəxslər saxlanılıblar

1 295
Paylaş:
Mağazalardan 148 ədəd televizor oğurlayan şəxslər saxlanılıblar

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmlarar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər