Reklam

Daha 3 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.  

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2744 nəfər karantində saxlanılır, 258 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 776 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

Tarix: 25 İyun 2020, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin