BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - YENİLƏNDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşali oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

 

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, bu barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

 

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

 

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

 

***

 

15:00

 

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

 

O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

 

Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

 

Tarix: 15 Yanvar 2025, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin