"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı vətəndaşları həlak olan və xəsarət alan bütün ölkələr hadisənin səbəbləri barədə həqiqəti bilmək istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Mən bilirəm ki, təkcə yaxınlarını itirməklə faciənin bir hissəsinə çevrilənlər deyil, həm də hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bu həqiqət Rusiya üçün də çox vacibdir. Düşünürəm ki, indi həqiqəti tapmaq üçün səyləri birləşdirmək məqsədilə hər şey edilməlidir", - o bildirib.