Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamı imiş. Pravda.az TNS-ə istinadən xəbər verir ki, Çavuş Göçər Yunus Türkiyədə tanınmış “Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.
İş adamı xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir müddət sonra Bakıdakı özəl klinikalardan birinə köçürülüb.