Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Daha bir neçə deputat koronavirusa yoluxdu

1 245
Paylaş:
Daha bir neçə deputat koronavirusa yoluxdu

Ermənistan parlamentinin daha bir neçə deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Pravda.az-ın verdiyi xəbərə görə, bu barədə parlamentdəki "Mənim addımım" blokunun rəhbəri Lilit Makunts deyib.

“Dünən bir millət vəkilinin koronavirus nəticəsinin müsbət olduğunu bildirdim, daha sonra digər parlamentarilərin analizlərinin cavablarını aldıq. Daha 3 deputatda yoluxma aşkarlanıb, lakin mən onların adlarını açıqlaya bilmərəm”, - deyə blokun rəhbəri bildirib.

Qeyd edək ki, dünən "Mənim addımım" blokunun üzvləri Viktor Yengibaryan və Kristine Poqosyan "Facebook" vasitəsilə ictimaiyyətə COVID-19 virusuna yoluxduqlarını açıqlayıblar. Müxalifət partiyası "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü və parlamentin vitse-spikeri Vahe Enfiajyan da koronavirusa yoluxduğunu bildirib.APA

Paylaş:

Ən son xəbərlər