Rusiyada məhkəmə mərhum müxalifət lideri Aleksey Navalnının vəkillərinə hökm oxuyub.
“Ekstremist təşkilatların tərkibində olmaq” maddəsilə ittiham olunan hüquqşünaslar Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin müvafiq olaraq 5 il 6 ay, 5 il və 3 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.