“Bakı Abadlıq Xidməti” MMC ilə bağlı cərimə protokolu imzalanıb. MMC növbəti dəfə ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Tribunainfo.az xəbər verir ki “Bakı Abadlıq Xidməti” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
MMC ilə bağlı işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 22 yanvar tarixində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə işə baxılacaq.