“Azər-Türk Bank” ASC və “İnvest-Az” İnvestisiya Şirkəti birlikdə məhkəməyə verilib. Tribunainfo.az xəbər verir ki, sözügedən bank və investisiya şirkəti ilə bağlı iddianı Abbasov Eldost, Abbasov Elşad və Abbasov İlqar qaldırıb. İşin mahiyyəti ilə bağlı açıqlama verilmir.
Bank və şirkətlə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 12 fevral tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə işə baxılacaq.