İmişlidə qətl hadisəsi törədilib. Pravda.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sarxanlı kəndində baş verib.
Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Adil oğlu Allahverdiyev həmkəndlisi, 1995-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Allahverdiyevlə kənd ərazisində olan kafedə yeyib-içən zaman onların arasında mübahisə düşüb.
Daha sonra mübahisə kafenin önündə davam edib. Bu zaman Fəridin Vüsalın boğaz nahiyəsinə bıçaqla zərbə vurduğu bildirilir.