“Dekabr ayında Çimnazla əlaqə saxladım. Dedi ki, Türkiyədədir”.
Bu sözləri tanınmış müğənni Əli Mirəliyev mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı açıqlamasında bildirib. O, aktrisanın vaxtsız ölümündən təsirləndiyini söyləyib:
“Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan”.