BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda AĞIR QƏZA: 2 uşaq həyatını itirdi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

 

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

 

Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

 

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

 

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

 

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

 

***

 

14:18

 

İmişli rayonu ərazisində avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq həlak olub.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Tarix: 18 Yanvar 2025, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin