Azərbaycanlı iş adamı, xalq artisti Emin Ağalarov ekzotik Çin mətbəxinin təamlarını dadıb. Süfrədə qurbağa, inək südündə yarasanın qaraciyəri, akula mədəsi olub. Pravda.az Kult.az-a istinadən xəbər verir ki, bununla bağlı İnstaqramda videogörüntü yayılıb.
Emin qurbağa yeməkdən imtina etsə də, akula mədəsinə etiraz etməyib. Hətta onun qırışlara qarşı faydalı olduğunu bildirib.