Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hande Harmancı danışdı

1 368
Paylaş:
Hande Harmancı danışdı

“Bu gün Avropada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

 ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, 1 peyvənd artıq sınağın son mərhələsindədir: “Ümid edirik ki, 2020-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq. Deksametazonun da ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb”.

 H. Harmancı qeyd edib ki, ötən günlərdə Azərbaycana 168 min fərdi qoruyucu gətirilib, çox yaxında da iki reyslə yenə fərdi qoruyucu vasitələr gətiriləcək.

Paylaş:

Ən son xəbərlər