Rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə polisə müraciət edib. Axşam.az xəbər verir ki, rəqqasənin sözlərinə görə, bu dəfə dələduzlar ona öz adından yazaraq pul istəyiblər:
"Bir neçə müddətdir xoşagəlməz hallar baş verir. Tanınmış insanların adından istifadə edirlər və bizim nüfuzumuza xələl gətirirlər. Bu insanlar dayanmadan öz qanunsuz işlərinə davam edirlər. Bu gün mənim iş nömrəmə elə öz adımdan yazıblar ki, köməyə ehtiyacım var. Artıq polisə ərizə yazmışam. Xahiş edirəm, bununla ciddi məşğul olun. Fərqi yoxdur, tanınmış biri olsun və ya adi vətəndaş, imkan verməyin ki, nüfuzumuza xələl gəlsin".