Samuxda "Ford" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Pravda.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
K.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.