Gəncədə "şortik" mübahisəsi qanla nəticələnib. Pravda.az Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov "şortik" geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.
Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.
"Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə "şortik"lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar", - qonşu Amid Həsənov deyib.