Yardımlı rayonu Vərgədüz kəndinin poçt şöbəsinin rəisi içkili vəziyyətdə polislə mübahisə etdiyinə görə saxlanılıb.
Poçt rəsi mübahisə zamanı polis əməkdaşlarını təhqir etməkdə ittiham edilib.
59 yaşlı poçt rəisi Firudin Tağıyev 10 sutka inzibati həbs cəzası alıb. Onun cəzası yanvarın 25-də bitir.
Məlumata görə hadisə günü F.Tağıyev içkili olub. O, kəndin mərkəzində ictimai qaydanı pozaraq söyüş söyüb. Həmçinin polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr söyləyib. Buna görə də saxlanılıb.