Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.
Bu barədə yazıçının özü məlumat verib.
Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.
Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb: “Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim. Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır. Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum. Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm. Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım. Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm. Kim istəsə, onun üçün də kürə tikə və çörək bişirə bilərəm”.
N.Qocabəyli deyib ki, çörəyi öz ailəsi üçün bişirir, lakin qonşuların xahişi ilə onlara da satır: “Günə 10 çörək satanda sevinirik. Bu isə cəmi 5 manat deməkdir. Onun yarısını xərclərə çıxanda yerdə 2 manat 50 qəpik qalır. Dolayısı ilə, xanımımla iki nəfərə gündə hərəmiz 1 manat qazanır, eyni zamanda öz çörəyimizi çıxarırıq. Bununla belə, ruhdan düşmür, bu biznesi böyütməyin xəyallarını qururuq. Düşünürük ki, təkcə çörək yox, peraşki, simit, xaçapuri, bulka və müxtəlif şirniyyatlar da bişirib sata bilərik. Ancaq bunun üçün gərək kürənin üstünü örtəm, ətrafında bir dükan qaraldam, iri pəncərələr qoyduram, reklam lövhələri asam ki, yoldan keçən maşınları da cəlb edə bilək. Çünki təkcə qonşulara ümid etməklə heç odunun və ya qazın pulunu çatdırmaq olmaz. Qonşular kasıb olduqları üçün daha ucuz qidalanmağa üstünlük verir, daha çox zavod çörəyi alır, digər məmulatlara pul xərcləyəcəkləri böyük sual altındadır. Bu gün uşaqların xahişi ilə kürədə pizza bişirdik. Əvvəllər duxovkada bişirdiyimizdən qat-qat ləzzətli və nəfis alındı. Bu təcrübəni də davam etdirmək istəyirik, ancaq dediyim kimi, gərək dükan olsun. Çatdırma təşkil edək. Yeri gəlmişkən xeyli araşdırma aparsam da, Bakıda pizza qutuları tapmaq müşkülə çevrilib. Bunun üçünsə sərmayə lazımdır. Banklar rəsmi iş yeri və girov olmadan kredit vermir. Borc istəyə biləcəyim dost-tanış, qohum əqrəba isə qalmayıb. Amma yenə də ümidliyəm. Necə deyərlər, Allaha təvəkkül” (medianews.az).
15 Fevral 14:25
15 Fevral 14:16
15 Fevral 13:47
15 Fevral 13:39
15 Fevral 13:31
15 Fevral 13:10
15 Fevral 13:01
15 Fevral 12:54
15 Fevral 12:39
15 Fevral 11:55
15 Fevral 11:50
15 Fevral 10:38
15 Fevral 10:26
15 Fevral 10:24
15 Fevral 10:23
15 Fevral 10:09
15 Fevral 09:47
15 Fevral 09:40
15 Fevral 09:28
15 Fevral 09:13
15 Fevral 09:09
15 Fevral 09:05
15 Fevral 09:04
15 Fevral 09:03
15 Fevral 08:59
15 Fevral 08:57
15 Fevral 00:34
15 Fevral 00:33
15 Fevral 00:12
15 Fevral 00:05
14 Fevral 23:53
14 Fevral 23:37
14 Fevral 23:31
14 Fevral 23:20
14 Fevral 23:07
14 Fevral 21:41
14 Fevral 21:14
14 Fevral 21:13
14 Fevral 21:08
14 Fevral 21:05
14 Fevral 21:04
14 Fevral 20:20
14 Fevral 19:21
14 Fevral 19:18
14 Fevral 19:04
14 Fevral 18:58
14 Fevral 18:17
14 Fevral 18:15
14 Fevral 18:09
14 Fevral 18:07
14 Fevral 17:57
14 Fevral 17:52
14 Fevral 17:42
14 Fevral 17:38
14 Fevral 17:33
14 Fevral 17:28
14 Fevral 17:11
14 Fevral 17:09
14 Fevral 16:43
14 Fevral 16:30
14 Fevral 16:26
14 Fevral 16:21
14 Fevral 16:19
14 Fevral 15:59
14 Fevral 15:58
14 Fevral 15:36
14 Fevral 15:08
14 Fevral 15:06
14 Fevral 15:03
14 Fevral 14:53
14 Fevral 14:49
14 Fevral 14:41
14 Fevral 14:29
14 Fevral 14:14
14 Fevral 14:06
14 Fevral 13:51
14 Fevral 13:44
14 Fevral 13:39
14 Fevral 13:27
14 Fevral 13:25
14 Fevral 13:20
14 Fevral 13:19
14 Fevral 13:10
14 Fevral 13:09
14 Fevral 12:54
14 Fevral 12:47
14 Fevral 12:20
14 Fevral 12:19
14 Fevral 12:17
14 Fevral 12:15
14 Fevral 12:08
14 Fevral 12:03
14 Fevral 11:57
14 Fevral 11:45
14 Fevral 11:32
14 Fevral 11:29
14 Fevral 11:09
14 Fevral 10:47
14 Fevral 10:39
14 Fevral 10:36
14 Fevral 10:26
14 Fevral 10:16
14 Fevral 10:05
14 Fevral 09:57
14 Fevral 09:54
14 Fevral 09:53
14 Fevral 09:52
14 Fevral 09:38
14 Fevral 09:24
14 Fevral 09:20
14 Fevral 09:15
14 Fevral 09:10
14 Fevral 09:08
14 Fevral 09:00
14 Fevral 08:47
14 Fevral 08:45
14 Fevral 08:30
14 Fevral 08:28
14 Fevral 08:10
14 Fevral 08:05
14 Fevral 07:50
14 Fevral 07:25
14 Fevral 07:24
14 Fevral 07:19
14 Fevral 00:40
14 Fevral 00:07
13 Fevral 23:59
13 Fevral 23:52
13 Fevral 23:37
13 Fevral 23:23
13 Fevral 23:00
13 Fevral 22:58
13 Fevral 22:56
13 Fevral 22:40
13 Fevral 22:34
13 Fevral 22:30
13 Fevral 21:35
13 Fevral 21:24
13 Fevral 20:31
13 Fevral 20:29
13 Fevral 20:07
13 Fevral 19:51
13 Fevral 19:50
13 Fevral 19:40
13 Fevral 19:35
13 Fevral 19:32
13 Fevral 18:47
13 Fevral 18:31
13 Fevral 18:25
13 Fevral 18:19
Ən son xəbərləri səhifəmizdən də izləyin