Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham olunub.
Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9 121 670.62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.