Şəmkir rayonunda yanğın baş verib.
Pravda.az-ın məlumatına görə, hadisə Muxtariyə kəndi yağınlığındakı "Səbət bazarı"nda qeydə alınıb.
Yanğın zamanı bazarda 10-dək köşk yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Şəmkirdə güclü yanğın