Xəbər verdiyimiz kimi, İmişlidə baş vermiş yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada vəfat edib.
Pravda.az-ın “Unikal”a istinadən məlumatına görə, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.