Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş qəzanın görüntüsü anbaan avtomobilin videoregistratoruna düşüb. Pravda.az Avtosfer.az-s istinadən xəbər verir ki, hərəkətdə olan KIA markalı maşın "Hyundai" markalı avtomobillə toqquşub.
Ağır qəza baş verməzdən öncə KIA sürücüsünün yolu qaçaraq keçən piyadanı vurması kadrda əks olunub. Ardınca manevr edən sürücü bu zaman sağ zolaqdakı "Hyundai"a çırpılıb.
Zərbənin təsirindən hər iki maşın yol kənarına yuvarlanıb.
Hadisə zamanı KIA markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.