Həftədə ən azı üç gün səhər yeməyi yemək ürəyiniz üçün faydalı ola və xolesterini aşağı sala bilər.
Mütəxəssislər səhər yeməyini oyandıqdan sonrakı iki saat ərzində yeməyi tövsiyə edir.
Zülalla zəngin səhər yeməyi seçmək gün boyu sabit enerji səviyyənizi qorumağa kömək edir. Səhər yeməyində ən azı 15 qram protein, həmçinin bol lif olmalıdır. Dietoloqlar yulaf əzməsinin üzərinə qatıq tökməyi də məsləhət görürlər.
Çoxlu lif
"Sound Bites Nutrition" şirkətinin qurucusu Lisa Endrius deyir ki, yulaf beta-qlükan adlı xüsusi həll olunan lif növü ilə tanınır və araşdırmalar göstərir ki, xolesterolu əhəmiyyətli dərəcədə azalda bilər.
Qida və Dərman İdarəsi LDL xolesterolunu azaltmaq üçün gündəlik 3 qram beta-qlükan qəbul etməyi tövsiyə edir; bu miqdar təxminən ½ porsiya yulaf və ya ¾ porsiya quru yulaf əzməsinin tərkibində olur.
Bağırsaq sağlamlığı üçün probiyotiklər