BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərtləşdirilmiş karantin rejimi ilə bağlı AÇIQLAMA

“Əfsuslar olsun ki, son günlər pandemiyanın ölkə ərazisində yayılma tendensiyasında yüksəliş müşahidə edilir”.

 

Bu sözləri Milli Məclisin üzvü Anar Məmmədov deyib.

 

Parlament üzvü bildirib ki, bəzi sosial öhdəliyini anlamayan insanların məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir:

 

“Təəssüf ki, məsuliyyətsiz davranışlar, yeri gəldi-gəlmədi küçələrə çıxmaq, tövsiyələrə əməl etməmək, bəzi insanlarımızda hələ də infeksiyanın olmaması barədə şaiyələrə inam bu arzuolunmaz nəticəyə səbəb olur. Azərbaycanda həm yoluxanların sayı, həm də ölənlərin sayı artmağa başlayıb və hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlayırıq. Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülüb. Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyəti üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub”.

 

Millət vəkilinin sözlərinə görə, hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi həyata keçirilib: “Məqsəd əhalinin hərəkət istiqamətlərini məhdudlaşadıraraq, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaq idi. Hökümət ilkin mərhələdə istədiyinə nail oldu. Aprel ayının ikinci yarısından etibarən virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu. Hətta gündəlik yoluxma sayı sağalma sayının gerisində qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrildi. Yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların qaydalara əməl etməsində yaranan boşluqlar oldu. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qoruyucu maska nisbətən az istifadə edilməyə, sosial məsafə gözlənilməməyə başlandı. Nəticədə virusa yoluxma sayında kəskin artım meydana gəldi. Bunun qarşısının alınması üçün dövlət tərəfindən yeni qərarlar tətbiq olundu”.

 

A.Məmmədovun firkincə, mart-aprel ayları ərzində əldə etdiyimiz nəticələri davam etdirə bilsəydik, bu gün koronavirusa qalib gəlmiş ölkələrdən biri olardıq: “2 həftəlik sərt karantin vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. İyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq sərt karantin rejimi məcburiyyətdən yaranmış bir haldır. Azərbaycan dövləti də istəyir ki, bu pandemiya tez bir zamanda aradan qalxsın və həyat əvvəlki kimi öz yoluna dönsün. COVID-19 pandemiyası şəraitində  isə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur”.Sherg.az

Tarix: 26 İyun 2020, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin