Yanvarın 21 və 22-də Günəşdə baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün axşam saatlarında G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
Bu barədə Pravda.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, TKA-ın birgə təsiri qasırğanın G2 (orta) səviyyəsinədək yüksəlməsinə səbəb olmaq ehtimalı var. Onların sürəti 600 km/san-təşkil edir ki, bu o qədər də yüksək deyil.