Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.
Pravda.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.