Azərbaycanda ov mövsümünün qapalı olmasına baxmayaraq Biləsuvar-Sabirabad ərazisində ərəblərin “Qırmızı kitab”a düşən bəzgək ovuna çıxması barədə görüntlər yayılıb.
Pravda.az xəbər verir ki, bununla bağlı “Ecofront” səhifəsi paylaşım edib.
"Bəzgək ovlanmasını çəkən izləyicimizə ovçuların bələdçisi tərəfindən təzyiq olunub. “Qırmızı kitab” növünün ovlanması cinayətdir! Qurtarın bu biabırçılığı!”, - paylaşımda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Daxili İşlər Nazirliyinə çağırış edilib.