BURADA REKLAMINIZ OLA
BİLƏR

."Azərbaycan polisinə dəstək klipi bəyənilsin" - Fazil Mustafa

Hansı formada gözdən salmağa çalışırlar, çalışsınlar. Azərbaycan polisinə dəstək klipi bəyənilsin. "Yaşa, yaşa Azərbaycan" mahnısı da mövzuya tam uyğun olaraq seçilib. Ardınca Azərbaycan həkiminə də dəstək klipini hazırlayın. Azərbaycan əsgərinə də sevgini, inamı ifadə edən belə bir klipin hazırlanması yerində olardı. O əsgər də döyüş postunda dövlətimizin təhlükəsizliyi üçün fədakarlıq edir. Burada karantin rejiminin qaydalarına üç aydan çoxdur intizamla əməl edən Azərbaycan vətəndaşları barədə də bu cür təbliğat materiallarına ehtiyac var. Yaşı 65-i keçən insanlar tanıyıram ki, deyilənlərə nöqtə-vergülünə qədər əməl edir. İş adamı tanıyıram ki, öz məhdud imkanlarına rağmən 15-20 min koronavirusla mübarizə fonduna pul keçirdi. Bu cür insanları da tapıb maraqlı bir kliplə təbliğ etmək lazım. Sadəcə bu cür faydalı təbliğat işlərini görərkən sosial məsafə, maska kimi tələblərə əməl etdiyinizi də göstərin ki, "körpüdə deşik axtaranlar", ölkədə qarışıqlıq yaranması naminə hər cür yaramazlığa əl atanlar səmimi niyyətinizə kölgə sala bilməsinlər. Bu ölkəni qaragüruhçu zehniyyətə təslim etmək olmaz. Bu gün əsas hədəf siyasi mübarizə deyil, sağlamlıq mübarizəsidir. Bu xalqı, bu dövləti sağlamlıq mübarizəsindən sağlam çıxarmaq hər bir məsuliyyətli azərbaycanlının vəzifə borcudur.


Fazil Mustafa

Milli Məclisin deputatı

Tarix: 26 İyun 2020, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin