Naftalan şəhərində fəaliyyət göstərən bir qrup hotel və müalicə-sağlamlıq mərkəzlərinin rəhbərləri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əməkdaşları arasında “Nafta” müalicə mərkəzində dəyirmi masa təşkil olunub.
Pravda.az xəbər verir ki, görüşdə ETTBİ-nun direktoru t.e.d. Mətanət Əfəndiyeva, Elmi işlər üzrə direktor müavini t.ü.f.d. Sevinc Rzayeva, Naftalan müalicə şöbəsinin müdiri t.ü.f.d. Nizami Nəbiyev, ŞİHB-nin müavinləri, hotel və müalicə mərkəzlərinin rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib.