Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə təhvil verildi

1 641
Paylaş:
Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə təhvil verildi

Bakıda xərçəng xəstəliyindən vəfat edən gənc qızın nəşi ailəsinə təhvil verilib.

Pravda.az-ın xəbərinə görə, Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova bildirib ki, paytaxtda yerləşən “Bona Dea International Hospital”na 30 min ödəyib, qızının meyitini çıxarıb.

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

Dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

“Bona Dea International Hospital”dan bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər