Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.
Araşdırma DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.
Bildirilir ki, araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var. Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.