Xaçmazda ana və qızını avtomobil vurub. Pravda.az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.
Ailə başçısı Bəhərçin Kərimov iddia edir ki, ana ilə qızını elçilikdə "hə" cavabı almayan oğlan vurub:
"Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam.
Dördüncü dəfədir belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb".