"Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahədə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdırlar". Pravda.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yeni subsidiya əmsalları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bu ildən şəkər çuğunduru əmsallarında da dəyişiklik edilib:
"Müasir suvarma sistemi ilə təmin olunmuş sahələr üzrə məhsul əmsalı 19 manatdan 22 manata, müasir suvarma sistemi olmayan sahələrdə isə 18 manatdan 19 manata qədər artırılıb".