Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. Pravda.az "Qafqazinfo"a istinadla xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.