Mingəçevirdə nəvəsinin yol-nəqliyyat hadisəsində xəsarət aldığını öyrənən nənə intihar edib.
Nəvəsi qəzaya düşdüyünə görə sirkə turşusu içən nənə öldü
Pravda.az "Unikal"a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Mingəçevirdə yerləşən Kəlbəcər rayon məktəbinin 8-ci sinif şagirdi - 2010-cu il təvəllüdlü Amil Habil oğlu Rzayevi maşın vurub. Xəbəri eşidən 1961-ci il təvəllüdlü nənə Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içib.
Yerli xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra paytaxta aparılan qadın yolda keçinib.