Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi işləmiş şəxs saxlanılıb. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sözügedən vəzifədə çalışmış, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Niyaməddin Y. barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Niyaməddin mobil telefon və elektrik qidalandırıcını (şarj aləti) ayağındakı ayaqqabının içərisində gizlətməklə təcridxanaya keçirib. O, həmin əşyaları doqquz il həbs cəzası almış Kənan adlı dustağa verib.