Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub. Pravda.az "Report"a istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.