“İyulun 1-dən Rusiyanın 67 bölgəsi turistləri qəbul etməyə hazır olacaq”.
Pravda.az xəbər verir ki, bunu Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əvvəlki illərdə Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümünün tam başlaması iyulun 1-nə təsadüf edirdi: “Gələn həftədən turizmin 40 subyekti - otellər, motellər və digər yaşayış obyektləri işə başlayacaq. İyunun 28-də artıq yay səyahətlərinə start veriləcək”.