Abşeron Rayon İcra Hakimiyyəti (RİH) Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin vergiyə külli miqdarda borcu var. İcra hakimiyyətinin bu qurumunun vergiyə 270 min manat borcu yaranıb və uzun müddətdir ödənilmir.
İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-istismarı Təmiri Birliyinin İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin də vergiyə 8500 manat borcu yaranıb.