Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi - 2025”də iştirak edən hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.