Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin toplantısı keçirilib.
Partiyanın Mətbuat xidmətindən Pravda.az-a verilən verilən xəbərə görə, İdarə Heyəti 9 fevral 2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini də müzakirə edib.
Müzakirələrin yekunu olaraq İdarə Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun olduğunu bildirib və bu məsələ barədə müvafiq qərarın qəbul edilməsi üçün 11 dekabr 2019-cu il tarixində Ali Məclisin sessiyasının çağırılması qərara alınıb.
İdarə Heyəti həmçinin Ali Məclisə ilkin olaraq aşağıdakı şəxslərin ADP adından 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsini tövsiyyə edib.
9 saylı Binəqədi ikinci - Taliyət Əliyev
14 saylı Xəzər - Həsrət Rüstəmov
15 saylı Yasamal birinci - Sərdar Cəlaloğlu
17 saylı Yasamal üçüncü - Nazilə Soltanova
21 saylı Nəsimi birinci - Bəhruz Məmmədov
22 saylı Nəsimi ikinci - Rəşid Mənsurov
24 saylı Nizami birinci - Nurəddin İsmayılov
25 saylı Nizami ikinci - Vüqar Məmmədov
26 saylı Sabunçu birinci - Eldəniz Xudiyev
27 saylı Sabunçu ikinci - Nizami Məmmədzadə
29 saylı Səbail - Sadiq Həsənov
34 saylı Xətai ikinci - Zakir Hüseynov